Mövzu 5. QENDER VƏ SİYASİ İNSTİTUTLAR

Similar documents
BAKI DÖVLƏT UNİVERSİTETİ TƏTBİQİ RİYAZİYYAT ELMİ TƏDQİQAT İNSTİTUTU H E S A B A T

Comparison of Linguistic Results: Literate structures in written texts first graders Germany / Turkey. Ulrich Mehlem Yazgül Şimşek

Аспирантурапо ДеловомуАдминистрированию (PhD in Business Administration, Management)

AN ANALYSIS OF THE L1 INTERFERENCE ERRORS OF TURKISH UNIVERSITY STUDENTS IN THEIR WRITTEN PRODUCTIONS

Universität Duisburg-Essen

International Journal of Informative & Futuristic Research ISSN (Online):

Noun incorporation in Sora: A case for incorporation as morphological merger TLS: 19 February Introduction.

The Structure of Relative Clauses in Maay Maay By Elly Zimmer

AN EXPERIMENTAL APPROACH TO NEW AND OLD INFORMATION IN TURKISH LOCATIVES AND EXISTENTIALS

A 3D SIMULATION GAME TO PRESENT CURTAIN WALL SYSTEMS IN ARCHITECTURAL EDUCATION

Philadelphia University Faculty of law Department of semester, 2007/2008. Course Syllabus

Proposal for the Educational Research Association: An Initiative of the Instructional Development Unit, St. Augustine

INTERDISCIPLINARY STUDIES FIELD MAJOR APPLICATION TO DECLARE

Mahatma Gandhi Institute of Education for Peace and Sustainable Development. A joint initiative by UNESCO and the Government of India

Gridlocked: The impact of adapting survey grids for smartphones. Ashley Richards 1, Rebecca Powell 1, Joe Murphy 1, Shengchao Yu 2, Mai Nguyen 1

Saeed Rajaeepour Associate Professor, Department of Educational Sciences. Seyed Ali Siadat Professor, Department of Educational Sciences

STUDENT SATISFACTION IN PROFESSIONAL EDUCATION IN GWALIOR

Participatory Research and Tools

CULTURE OF SPAIN. Course No.: SP 205 Cultural Introduction to Spain Credits: 3

International Journal of Innovative Research and Advanced Studies (IJIRAS) Volume 4 Issue 5, May 2017 ISSN:

Procedia - Social and Behavioral Sciences 136 ( 2014 ) LINELT 2013

LEAD AGENCY MEMORANDUM OF UNDERSTANDING

Southern Union State Community College

TRANSFER ARTICULATION AGREEMENT between DOMINICAN COLLEGE and BERGEN COMMUNITY COLLEGE

Student Government in School Administration: to the Problem of Substantiation

Building a Sovereignty Curriculum

Tilburg University Transformation in Dutch Turkish subordination? General rights Take down policy

- INFORMATION TECHNOLOGIES AND TELECOMMUNICATION


Santa Barbara Peace Corps Association Members ALPHABETICAL ORDER by last name (as of 4/8/13)

University of Pittsburgh Department of Slavic Languages and Literatures. Russian 0015: Russian for Heritage Learners 2 MoWe 3:00PM - 4:15PM G13 CL

Turkish Vocabulary Developer I / Vokabeltrainer I (Turkish Edition) By Katja Zehrfeld;Ali Akpinar

A Study of Generating Teaching Portfolio from LMS Logs

Associate Professor (with tenure) University of California, Davis, Agricultural and Resource Economics

WRITING HUMAN INTEREST STORIES FOR UNICEF A GUIDE FOR FIELD STAFF

(3) Vocabulary insertion targets subtrees (4) The Superset Principle A vocabulary item A associated with the feature set F can replace a subtree X

A Process-Model Account of Task Interruption and Resumption: When Does Encoding of the Problem State Occur?

IN THE HIGH COURT OF KARNATAKA, BENGALURU BEFORE THE HON'BLE MR.JUSTICE RAM MOHAN REDDY

Parsing of part-of-speech tagged Assamese Texts

Guidelines and additional provisions for the PhD Programmes at VID Specialized University

INTERDISCIPLINARY STUDIES FIELD MAJOR APPLICATION TO DECLARE

Listening and Speaking Skills of English Language of Adolescents of Government and Private Schools

SCHEMA ACTIVATION IN MEMORY FOR PROSE 1. Michael A. R. Townsend State University of New York at Albany

Development of a scoring system to assess mind maps

International Online Journal of Primary Education 2016, volume 5, issue 1

The Pedagogical Communication Skill of Senior High School (SHS) Teachers in North Maluku Province, Indonesia

Mehul Raithatha. Education Qualifications

Physical Education Teachers Views about Character Education

Evergreen. Never stop learning. Never stop growing. Fall bu.edu/evergreen

COOPERATIVE WORK EXPERIENCE - OVERVIEW

Date Day Scholastic Co-scholastic Activity Examinations Important Days 1-Apr-13 Mon W New Session begins 2-Apr-13 Tue W 3-Apr-13 Wed W 4-Apr-13 Thu W

Today we examine the distribution of infinitival clauses, which can be

HOW TO USE INTERNET RESOURCES IN A FOREIGN LANGUAGE TEACHING

Margaret Parnell Hogan. Focus Areas. Overview

English. 1 of 18. Year: Year 10. Mrs Jamila / Mr Zaman

Multiple factors supporting the transition to ICT-rich learning environments in India, Turkey, and Chile

PDF hosted at the Radboud Repository of the Radboud University Nijmegen

Is There a Common Cypriot Subjunctive?

CONFERENCE PROGRAM. DAY 01 Thursday (May 12, 2016) Welcome Reception & Registration. 8:00 am 8:30 am

Empiricism as Unifying Theme in the Standards for Mathematical Practice. Glenn Stevens Department of Mathematics Boston University

Factoring - Grouping

Custom essay writing services 1 aa >>>CLICK HERE<<<

ДИСКУССИИ RECOGNISING NON-FORMAL AND INFORMAL LEARNING: MODERNISING RUSSIAN HIGHER EDUCATION OR IRRELEVANT?

Circular No.: PMEX/MKT, BD &CSS/2014/19 April 22, Ethics and Financial Literacy Events by Institute of Capital Markets

MODULES. india WSA. DISTINCT THE CULTURE & ARCHITECTURE OF INDIA August 14th-20th, worldstudyabroad.org

Reduce the Failure Rate of the Screwing Process with Six Sigma Approach

Global Education in the Turkish Social Studies Teacher Training Programme


MAHATMA GANDHI KASHI VIDYAPITH Deptt. of Library and Information Science B.Lib. I.Sc. Syllabus

ПРАКТИЧЕСКАЯ ФОНЕТИКА АНГЛИЙСКОГО ЯЗЫКА

Agent-Based Software Engineering

MEDIA LAW AND ETHICS: COMM 3404 Learn to Think-Think to Learn Monday 6:00-8:45 p.m. Smith Lab 2150 Off: , Cell:

CS 598 Natural Language Processing

Teachers Perceptions on Culturally Responsiveness in Education Kasim Karatas 1, Behcet Oral Dicle University, Diyarbakir, Turkey

LAUSD PASSport Quick Guide Linking and Removing Students for Parents and Guardians

Name: Class: Date: ID: A

Free Education for Open Learning: Open educational policies, strategies & access for all

Outcome Based Education 15/01/2012

Division of Facilities

Basic Interactive Kyrgyz Language Lessons

DEPARTMENT OF ART. Graduate Associate and Graduate Fellows Handbook

African American Studies Program Self-Study. Professor of History. October 8, 2010

You have to learn the rules of the game, and then you have to play better than anyone else. - Einstein

Palomar College Curriculum Committee Meeting Agenda Wednesday March 1, 2017 Room AA 140 at 3:00 pm

Grade Band: High School Unit 1 Unit Target: Government Unit Topic: The Constitution and Me. What Is the Constitution? The United States Government

DISTANCE LEARNING PROGRAM (DLP) STUDENT GUIDE

Literacy Level in Andhra Pradesh and Telangana States A Statistical Study

THE UNITED REPUBLIC OF TANZANIA MINISTRY OF EDUCATION, SCIENCE, TECHNOLOGY AND VOCATIONAL TRAINING CURRICULUM FOR BASIC EDUCATION STANDARD I AND II

Bachelor of Arts in Gender, Sexuality, and Women's Studies

Higher Education in India Opportunities and Challenges for Foreign Universities

Open Education and Quality: The Need for Changing Strategies and Learning UNESCO IITE 2016, St. Petersburg by Christian M.

Case No: W.P. No.28028/2011. Miss Syeda Anam Ilyas Versus Dr. Haroon Rashid Director, etc. JUDGMENT

A CASE STUDY FOR THE SYSTEMS APPROACH FOR DEVELOPING CURRICULA DON T THROW OUT THE BABY WITH THE BATH WATER. Dr. Anthony A.

Power Systems Engineering

User Education Programs in Academic Libraries: The Experience of the International Islamic University Malaysia Students

Dirty Minds The Business Quiz. IQL Anniversary Quiz 3

Teacher s Pet Publications

Easy way to learn english language free. How are you going to get there..

Imperial Avenue Holbrook High. Imperial Valley College. Political Science 102. American Government & Politics. Syllabus-Summer 2017

Basic: Question Words: Who, What, Where, When week 1

Transcription:

Mövzu 5. QENDER VƏ SİYASİ İNSTİTUTLAR 1. «Siyasi sistem», «siyasi institutlar» anlayışlarının mahiyyəti və qender nəzəriyyəsi üçün onların əhəmiyyəti 2. Dövlət əsas siyasi institut kimi və qender bərabərliyində onun rolu 3. Qender bərabərliyi problemlərinin həlli sahəsində xarici təcrübə 4. Azərbaycanın dövlət siyasətində qender yanaşmaları 1. «Siyasi sistem», «siyasi institutlar» anlayışlarının mahiyyəti və qender nəzəriyyəsi üçün onların əhəmiyyəti Məlumdur ki, siyasi həyatın mahiyyəti, onun faktiki məzmununu siyasi münasibətlər, daha dəqiq desək, insanlar arası münasibətlər, sosial idarəetməni və hakimiyyəti həyata keçirmək, sosial-siyasi maraq və tələbatları reallaşdırmaq məqsədilə yaradılmış müxtəlif insan birlikləri, təşkilatlar və ittifaqlar təşkil edir. Bu baxımdan da siyasi həyatın əsasında insanların siyasi maraq və tələbatlarının işləməsi və inkişafı durur. İnsanlar maraqlarını reallaşdırarkən öz aralarında əlaqə yaratmağa, qarşılıqlı fəaliyyət göstərməyə məcburdular. Siyasi münasibətlər sosial-siyasi tələbat və maraqların üst-üstə düşməsi və ya müxtəlifliyi əsasında formalaşdığından siyasi həyatın subyektləri arasında münasibətlər də ya əməkdaşlıq, ya da rəqabət formasında təzahür edir. Cəmiyyətin siyasi həyatının ən vacib tərkib elementini, onun xüsusi quruluşu olan siyasi sistem təşkil edir. Bildiyimiz kimi, siyasi sistem siyasi hakimiyyətin, siyasət hakimiyyət münasibətlərinin həyata keçirilməsi vasitəsi olan sosial-siyasi institutların, təşkilatların, normaların məcmusudur. Onun başlıca quruluş elementləri kimi siyasi təşkilat, siyasi şüur və siyasi mədəniyyət çıxış edir. Siyasi təşkilat siyasi münasibətləri tənzimləyən dövləti hüquqi və ictimai-siyasi təşkilat, idarələrin toplusudur (dövlət, partiyalar, ictimai təşkilatlar və özünüidarəetmə orqanları). Siyasi təşkilatın ən əsas subyekti dövlət və onun orqanları təşkil edir. Siyasi şüur siyasət və hakimiyyətə dair biliklərin, dəyərlərin, təcrübə və təsəvvürlərin məcmusudur. Siyasi şüura ideologiya, hüquq normaları, adət-ənənələr, eyni zamanda siyasi həyatın iştirakçılarının emosiyaları və yalnış görüşləri, əhvalruhiyyəsi daxildir. Siyasi mədəniyyət siyasətin vacib elementidir; onsuz hər bir vətəndaşın siyasi fəaliyyəti əvvəlcədən müvəffəqiyyətsizliyə, ya da inanılmaz gərginliyə məhkumdur. Cəmiyyətin siyasi sisteminin tərkibində aşağıdakı yarımsistemlər sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər: institusional, kommunikativ və siyasi ideoloji. İnstitusional yarımsistem siyasi sistemin konstruksiyasını daşıyan «karkas»dır. O, özünə siyasi institutları, cəmiyyətin siyasi təşkilatının elementlərini dövləti, partiyaları, sosial-iqtisadi və digər təşkilatları daxil edir. Digər yarımsistemlər bu və ya digər formada siyasi institutların formalaşmasını, fəaliyyətini, münasibətlərini və, bütövlükdə, cəmiyyətin siyasi sisteminin işləməsini tənzimləyir. «Siyasi institutlar» anlayışı özündə nəinki siyasi orqan və təşkilatları, həm də hüquq normaları ilə tənzimlənən ictimai münasibətlərin məcmusunu birləşdirir. Məlumdur ki, cəmiyyətdə siyasi hakimiyyət münasibətləri başlıca olaraq siyasi institutlar vasitəsilə reallaşır. Bu sosial institutlar və normalar cəmiyyətin siyasi sisteminin vacib elementləri keyfiyyətində çıxış edərək bu və ya digər formada siyasi hakimiyyətin həyata keçirilməsi ilə bağlıdır. Cəmiyyətin proqressiv modelinə müvəffəqiyyətlə keçmək üçün cəmiyyətin hər bir üzvünün, kişi və qadınların yaradıcı enerjisindən istifadə etmək vacibdir. Lakin siyasi sistemin və institutların proqressiv inkişafını, cəmiyyət üzvləri arasındakı münasibətlərin

humanizasiyasını ləngidən ən ciddi əngəl əhalinin əksəriyyətini təşkil edən qadınların hələ də saxlanılmaqda olan diskriminasiyadır. Yeni cəmiyyət qadınların və kişilərin əməkdaşlığına əsaslanır. Belə əməkdaşlıq cəmiyyətdə əhalinin bu və ya digər təbəqələrinin birtərəfli dar qrup maraqlarının təmin edilməsini istisna edir, siyasi instituların iştirakı ilə bütün vətəndaşların ümumi rifah və razılığına istiqamətlənir. 2. Dövlət əsas siyasi institut kimi və qender bərabərliyində onun rolu Dövlət xüsusi siyasi institut olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir. O, siyasi sistem bütün əlamətlərini və funksiyalarını özündə birləşdirir. Dövlət siyasi birlik olmağ etibarı ilə müəyyən quruluşa malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən əsas institutdur. Dövlət siyasi hakimiyyətin təşkilinin və cəmiyyətdə bütün sosial proseslərin idarə edilməsinin vacib bir institutdur. Siyasi institut kimi dövlət qəbilə quruluşunun dağıldığı dövrdə meydana gəlmişdir. Dövlətin meydana gəlməsi cəmiyyətin inkişafının nəticəsi olub, siyasi elmi marağlandırın aktual problemlərdən biridir. Antik filosofların görüşlərində dövlətin polisin siyasi həyatının reallığı əks olunmuşdur. Azərbaycan xalqının siyasi fikir tarixində dövlət nəzəriyyəsinin banilərindən biri Nəsrəddin Tusi Avropa maarifçilərindən hələ xeyli əvvəl belə qənayətə gəlmişdi ki, dövlət insanların könüllü ittifaqı əsasında yaranmışdır və ona görə də onların birliyindən, siyasi cəmiyyətdən başqa bir şey deyildir. Təhminən 17-ci əsrədək dövlət əsasən «cəmiyyət» anlayışı ilə eyniləşdirildi. Dövlətin bu cür izahından ilk dəfə N.Makiavelli çəkindi. O, «dövlət» və «cəmiyyətin» anlayışlarını fərqləndirməyi zəruri hesab edirdi və insan üzərində istənilən ali hakimiyyəti idarə etmək üçün xüsusi termin «stato» daxil edir. Lakin bu iki anlayış arasında fərqləri dəqiq göstərmək T.Hobbs və J.Lokkun dövlət nəzərilərinin xidməti sayılmalıdır. Beləliklə «dövlət» termini özü ilk dəfə Avropada Yeni dövrdə meydana gəlmişdir. Bütün nəsillərin tədqiqatçıları belə bir vahid fikrə gəlmişlər ki, dövlət elə bir qüvvədir ki, siniflərə, təbəqələrə, etnik, mədəni və peşəkar qruplara bölünmüş cəmiyyəti birləşdirir. Dövlət özünə qədərki təşkilatdan bir neçə mühüm əlamətlərlə fərqlənir: 1. İdarə etmə aparatından ibarət olan təsisat və orqanların yaradılması; 2. Qohumluq və ya icma əlaqələrinin ərazi əlaqələri ilə əvəz olunması; 3. Müntəzəm sürətdə vergi qoyulmasının həyata keçirilməsi; 4. Gözlənilməsi dövlət orqanları tərəfindən təmin olunan hüquq sisteminin, məcburi normaların tətbiq olunması. 19-cu əsrin axırlarında meydana gəlmiş dövlətin ümumi nəzəriyyəsi belə hesab edirdi ki, dövləti üç əsas əlamətə görə müəyyən etmək olar: xalq (əhali); ərazi; dövlət hakimiyyəti. Artıq çox uzun bir tarixi müddətdir ki, tədqiqatçılar nəzəri və təcrübi axtarışlar apararaq siyasi sistemin elə bir vəziyyətini tapmağa çalışırlar ki, bu cəmiyyət daxilində insan və dövlət düşmən deyil, sosial həyatın bir-birini qarşılıqlı sürətdə tamamlayan başlanğıcları olsunlar. Bu hal dövlətin və şəxsiyyətin müstəqilliyinin, muxtariyyatının saxlanılmasına yönəlmiş qarşılıqlı fəaliyyətinin gücləndirilməsi nəticəsində mümkündür. Belə vəziyyətə siyasi sistemin vətandaş cəmiyyəti və hüquqi dövlətin prinsipləri əsasında qurulduğu zaman nail olunur. Vətəndaş cəmiyyətinin məqsədi insana öz azadlığını həyata keçirtmək imkanı verməkdir. Bunun üçün iki başlıca şərtin olması tələb olunur: birincisi, mülkiyyətə sahiblik; ikincisi, kamil şəxsiyyət.

«Hüquqi dövlət» anlayışı dövlətdə bütün sosial birliklərin o cümlədən ayrı-ayrı fərdlərin hüquqa hörmət etdiyini və ona münasibətdə bərabər vəziyyətdə olduğunu göstərir. Dövlət öz fəaliyyətini ictimai həyatın bütün sahələrinin ayrı-ayrı kiçik hissələrinin müfəssəl tənzimlənməsinə deyil, onun daha vacib parametrlərinin təminatına yönəldir. Qeyd edək ki, fərdə hüqüqları dövlət vermir, fərdin özü dövlətin mövcudluğundan ayrılmaz hüquqlara malikdir. Qanuna çevrilmiş hər hansı iradə hüquq deyildir, insan hüquqlarını pozmayan, onlara zidd olmayan, insan hüquqlarını möhkəmləndirən və qoruyan iradə hüququdur. Lakin öz vətəndaşlarını müəyyən minimum sosial zəmanətlərlə təmin etməyən dövlət hüquqi dövlət ola bilməz. Sosial dövlətin əsas müsbət keyfiyyəti ondan ibarətdir ki, o, hüquqi dövlətin vətəndaşlarının «formal» bərabərliyinə «faktiki» bərabərlik əlavə edərək bu iki bərabərlik arasındakı antoqanizmi aradan qaldırır. 3. Qender bərabərliyi problemlərinin həlli sahəsində xarici təcrübə İnsanların hüquq və azadlıqlarının qorunmasına, qadın və kişilərin bərabərliyinə münasibətdə hökümətlərin siyasəti ən əvvəl öz əksini dövlətlərin konstitusiyalarında tapmışdır. Lakin belə vəziyyət heç də həmişə mövcud olmamışdır və öz həllini nə dövlətlərin Konstitusiyalarında, nə də onların siyasətlərində tapmışdır. Bu da həyatın başlanğıcları olan kişi və qadınlar arasındakı ahəngdarlığın pozulmasına səbəb oldu. İlk konstitusiyalar 1787-ci ildə ABŞ-da (1791-ci ildə Hüquqlar haqqında Bill) və Fransada (1789-cu ildə «İnsan və vətəndaş hüquqları haqqında Bəyannamə») 1791-ci ildə qəbul edilmişdir. Fransa inqilabının əsas sənədi olan «İnsan və vətəndaş hüquqları haqqında Bəyannamə» təntənəli sürətdə bəyan edilmişdir: «Bütün insanlar doğulduqları andan azaddırlar və bərabər hüquqlara malikdirlər» Lakin ümumi qəbul edilmiş «azadlar» və «bərabərlər» kateqoriyasına yalnız kişiləri aid edilməsi aydın görünürdü. Feministlər kişi və qadınların tam hüquq bərabərliyinə nail olmaları haqqında yekdil fikrə malik olmasalar da, bərabərliyin mütləq vacibliyi ilə və hər bir azad insanın malik olduğu hüquqlara qadınlarının sahib olmaması ilə razılaşırdılar. «Qender» konsepsiyası və ya «qender münasibətləri» ilk politoloji və sosioloji konsepsiya oldu ki, qadınları bioloji varlıq kimi təbii keyfiyyətlərinə görə deyil, insan kimi, yəni xüsusi statusa, sosial marağlara, tələbatlara, sosial davranışın strategiyasına malik sosial varlıq kimi nəzərdən keçirir. Dövlət siyasətində qender yanaşmaları cinsindən asılı olmayaraq ictimai-siyasi həyatın bütün sferalarında insanların özünürealizə imkanlarına əsaslanan bərabərlik konsepsiyasının formalaşması və təsdiqinə yönəldilmişdir. Bununla əlaqədar xarici ölkələrin, xüsusilə də Skandinaviya ölkələrinin təcrübəsinə nəzər salmaq həm faydalı, həm də maraqlıdır. Bu ölkələrdə qadın və qender problemləri əvvəldən qitəyə nisbətən daha möhkəm şəkildə bərabərlik konsepsiyasına istiqamətlənir. 18-ci əsrin sonlarına yaxın Skandinaviya cəmiyyətində qadınlar üçün bərabər hüquqlar və daha yaxşı həyat şəraiti mübarizə, qadınların ictimai statusu haqqında nəzəri-siyasi və fəlsəfi diskussiyalar özünə yer tapa bilmişdir. Apardıqları mübarizə nəticəsində indi Skandinavıya qadınları kişilərlə bərabər hüquqlara malikdirlər və təhsil, iş və siyasət sahəsində kişilərlə eyni səviyyədə fəal iştirak edirlər. Bu sahələrdə qadınların iştirak səviyyəsi durmadan artır. Hazırda bu göstərici dünyada ən yüksək göstərici olub 40% təşkil edir. Belə ki, İsveç və Norveçdə qadınların 40-44% parlament üzvləri, 47-50% isə hökümət üzvləridir. Bu dövlətlərin gəlirlərinin müvafiq olaraq 44,7% (Şimali Avropada ən yüksək göstərici) və 42,2% qadınların payına düşür. Ümumiyyətlə, XX əsrin 80-ci illərinin əvvələrindən İsveçdə hüquq bərabərliyi məsələləri dövlət siyasətinin ən vacib elementlərindən biridir. Bu problemin hüquqi

əsasını aşığıdakı qanunlar təşkil edir: «Bərabər hüquqlar və imkanlar haqqında» (1980) və «Bərabər hüquqlar haqqında» (1991) qanunlardır. Norveçdə idarəetmənin bütün quruluşlarında yüksək vəzifələrin yarısını qadınlar tutur. Rəhbər vəzifələrə qadın və kişilərin təyin edilməsi və ya seçilməsi məsələləri 1979-cu ildə qəbul edilmiş «Cinslər arasında hüquq bərabərliyi haqqında» qanunla tənzimlənir. ABŞ-da məşğulluq sahəsində bərabər imkanlar haqqında məsələlər 1972-ci ildə qəbul edilmiş qanunla nizamlanır. ABŞ tarixində prezident B.Klintonun administrasiyası qadınların daha çox vəzifə tutması ilə seçilir. Belə ki, 2500 vəzifəni qadınlar tuturdular (40%) ki, bunlardan 27-sini yüksək dövlət vəzifələri təşkil edirdi. Kanadanın federal höküməti işə qəbul və xidməti vəzifə pillələrində irəliləmə sahəsində qadınlara bərabər imkanların verilməsini təmin edən xüsusi siyasət aparır. Belə ki, 1986-cı ildə xüsusi sektora aid Birinci Qanun, 1995-ci ildə işə «Qəbul zamanı bərabər imkanlar haqqında» yeni qanun qəbul edilmişdir. 4. Azərbaycanın dövlət siyasətində qender yanaşmaları Bildiyimiz kimi Azərbaycanda qender bərabərliyi qadın və kişinin hüquqlarının bərabərliyi haqqında tələblərin irəli sürülməsi son dövrlərə təsadüf edir. Belə ki, respublikamızda 90-cı illərdə baş verən ictimai-siyasi və sosial-iqtisadi dəyişikliklər, XX əsrdə yığılıb qalmış problemlərin yeni keyfiyyətli həlli yollarının axtarılıb tapılmasını tələb edirdi. Bu problemləri həll etmək üçün dövlət siyasəti milli ənənələrimizə, mənəvi dəyərlərimizə, özünəməxsus mədəniyyətimizə söykənən qadınlara münasibətdə həm öz təcrübəmizdən, həm də beynəlxalq təcrübədən effektiv istifadə edir. Qadınlara münasibətdə Azərbaycanın siyasəti uzun tarixə malikdir. Belə ki, Şərqdə ilk qadın klubu məhz Bakıda 1920-ci ildə açılmışdır. Onun təsisçisi Azərbaycan Kommunist Partiyası MK-nın qadın şöbəsinin birinci müdiri Ceyran Bayramova idi. Qadın klublarının xalq təsərrüfatı, məktəbəqədər və məktəb müəssisələri, xəstəxanalar üçün mütəxəssislərin hazırlanmasında dövlətə böyük köməyi olmuşdur. Respublikamızın qadınları 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının dövründə seçmək və seçilmək hüququnu almışlar. 90-cı illərdən yenidən demokratik inkişaf yolunu tutan müstəqil Azərbaycan ilk növbədə dövlətimizin əsaslarının möhkəmlənməsi və ictimai-siyasi stabilliyinin təmin edilməsi ilə məşğul olmağa başlamışdır. 1994-cü ildən etibarən ictimai-siyasi vəziyyətin normalaşması ilə əlaqədar dövlət siyasətimizdə qadınlara münasibətdə yeni mərhələ başlayır. Dördüncü Ümumdünya Pekin konfransından (1995-ci ildə) sonra qadınlara münasibətdə siyasətimiz yeni çalarlar qazanır. Konfransın qərarı respublikamızda qadınların vəziyyətinin yaxşılaşdırılması üçün institusional mexanizmlərin möhkəmlənməsinə güclü təkan verərək cinslərarası bərabərliyə nail olmağın yeni yollarının axtarılmasına səbəb oldu. 1998-ci ildə respublika prezidenti «Qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında» fərman, «Azərbaycanda qadınların rolunun yüksəldilməsi üzrə tədbirlər haqqında» sərəncam verdi. Aparılan işlərin nəticəsi olaraq, elə həmin ilin sentyabrında qadınların Birinci qurultayı müstəqil Azərbaycanın ilk qadın forumu çağrıldı. Qurultayda aparılan işlərin nəticələri müzakirə olunmuş və Azərbaycan qadınlarının Milli Şurası yaradılmışdır. 2000-ci ilin mart ayında prezident «Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında» yeni bir fərman verir. Bu fərmanda qadınların kişilərlə bərabər dövlət strukturlarında rəhbər vəzifələrin tutmasının vacibliyi xüsusilə vürğulanır. Elə həmin vaxt respublikanın Nazirlər Kabineti «Azərbaycan Respublikasının qadın məsələləri üzrə milli fəaliyyət Planı haqqında» qərar qəbul edir. Bu qərarda qadınların problemlərinin həlli

üzrə dövlət proqramının yaradılmasının qaçılmazlığı qeyd olunur. Yerlərdə qeyrihökümət qadın təşkilatları, qender tədqiqat mərkəzləri, qadın cəmiyyətləri və assosiyasiyaları yaradılmağa başlandı. Respublikamızda müxtəlif beynəlxalq təşkilatlar vasitəsi ilə qadın və kişi bərabərliyinə həsr olunmuş konfranslar, «dəyirmi masalar», seminarlar və treninqlər keçirilməyə başlandı. Bu sahədə Avropa Şurası ilə birlikdə böyük işlər görülmüşdür. Belə ki, qadın məsələləri üzrə Dövlət Komitəsi Avropa Şurası ilə birlikdə 2001-ci ilin 10-11 iyulunda Bakıda «Demokratikləşmə prosesi: qadınların irəli çəkilməsi» mövzusunda seminar keçirmişdir. Bu seminarın əsas məqsədi milli fəaliyyət Planının realizə əsasında həm dövlət, həm də vətandaş cəmiyyəti tərəfindən qadın kişi bərabərliyi sahəsindəki biliklərin genişləndirilməsi idi. İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI 1. Bənanyarlı S. Azərbaycan qadınları və siyasi fəaliyyət // Qender: qadın probleminin yeni mərhələsi. Respublika elmi-prkatik Konfransının materialları: 12 fevral 1998. B., 1998 2. Абдела Л. Демократия паритета и Группа-300 // Права женщин в России. Законодательство и практика. 1, 2000 3. Материалы Первой Российской летней школы по женским и гендерным исследованиям «Валдай-96». М., 1997 4. Общая и прикладная политология под ред. В.И.Жукова и Б.И.Краснова. М.,1997 5. Хрестоматия по курсу Основы гендерных исследований. - М., 2000 6. Dr Vadhushree Public Space for Women in Governance: The Experience of India// Newsletter of the Centre for research on Women & Politics. Vol. 1, No 2, 2001 7. Kandieti D. From Empire to National State: Transformation of the Woman Question in Turkey //Retrieving Women History. Changing Perceptions of the Role of Women in Politics and Society. Edited by Jay Kleinberg. UNESCO, 1988 8. K.Janda, J.Berry, J.Goldman The Challenge of Democracy. Government in America. - Boston, 1992 9. Third World Women and the Politics of Feminism. Edited by C/Vonanty, A. Russo, L.Torres. - Bloomington, 1991 10. Women in the Civil Rights Movement. Edited by Vicky Crawford. - Bloomington, 1993 11. www.ipu.org 12. www.idea.int/women/prl/ch2b.htm 13. www.owl.ru/win/books/gender/index.htm 14. www.library.cornell.edu/colldev/mideast/womtur1.htm 15. http://demo.interpro.ru/content/win/books/gender/11.htm